Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Pənah Muradov Rusiyada elmi ezamiyyətdə olub
08.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Pənah Muradov Rusiyada elmi ezamiyyətdə olub

AMEA Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov 4-5 dekabr 2014-cü il tarixlərində Moskva Vilayət Təhsil Nazirliyinin dəvəti ilə Rusiyada elmi ezamiyyətdə olub.

“Bioloji və kimyəvi ekologiyanın aktual problemləri” adlı beynəlxalq konfransda ölkəmizi təmsil edən alim “Azərbaycanın müxtəlif ərazilərində yayılmış göbələklərin biotexnoloji potensialı” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, 2 gün davam edən tədbirdə dünyanın müxtəlif ölkələrinin alim və mütəxəsisləri iştirak ediblər. Məqsəd bioloji və kimyəvi ekologiyanın aktual problemlərinin müasir vəziyyətinin araşdırılması, birgə elmi layihələrin həyata keçirilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: