Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq sosial elmlər konfransında çıxış edib
23.09.2020 14:56
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq sosial elmlər konfransında çıxış edib

Sentyabrın 23-də Macarıstanın Tomori Pal Universitetinin təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə yeddinci “Atlas” - beynəlxalq sosial elmlər konfransı işinə başlayıb.

Konfransda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov, müəssisənin Həyat səviyyəsinin sosial-iqtisadi problemləri şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva və elmi işçisi Elnur Zeynalov iştirak edirlər.

Tədbirin açılışında Tomori Pal Universitetindən professor Henrietta Nagy, Ankara Universitetindən Əli Bilgili, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov çıxış ediblər.

Nazim İmanov konfrans iştirakçılarına İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlar və layihələr haqqında məlumat verib.

Onlayn tədbirə Macarıstan, Türkiyə, Nigeriya, Hindistan, Cənubi Afrika, Rusiya, Filippin və digər ölkələrin nümayəndələri qatılıblar.

Konfrans sentyabrın 25-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: