Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Milli Azərbaycan Tarixi Muzeyində V Respublika elmi konfransı keçiriləcək
08.12.2014 00:00
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində V Respublika elmi konfransı keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 2015-cü il aprelin 7-də “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda V Respublika elmi konfransının keçirilməsi planlaşdırılır.

Konfrans çərçivəsində “Muzeylərdə elmi, fond və ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi”, “Muzey pedaqogikası və tarixi tədqiqatlar”, “Azərbaycan tarixinin təbliğində muzeylərin rolu”, “Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri” adlı mövzuların müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, mövzular üzrə hazırlanan tezislər 2015-ci il martın 5-dək qəbul ediləcək. Tezislərin tərtibatına dair tələblər və əlaqələndirici şəxsi koordinatları haqqında məlumatı muzeyin rəsmi saytından (www.azhistorymuseum.az) almaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: