Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Naxçıvan Bölməsinin əməkdaşları N saylı hərbi hissədə olublar
24.09.2020 15:27
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşları N saylı hərbi hissədə olublar

AMEA-nın Naxçıvan Bölməsinin bir qrup əməkdaşı növbəti dəfə Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə olublar.

Alimlər əsgərlər qarşısında çıxış edərək ordu və cəmiyyət əlaqələrinin zəruriliyindən danışıblar. Qeyd olunub ki, ordu-xalq birliyi həmişə olub və bu gün vətənin, millətin keşiyində dayanan mərd, cəsur əsgərlərimizin arxasında bütün Azərbaycan xalqı dayanır.

Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərdən də söz açılaraq bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir texnika ilə təchiz edilmiş Azərbaycan ordusu öz gücünü Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz istiqamətində baş verən döyüşlərdə sübut edib.

Ziyarət çərçivəsində bölmənin Nəbatat Bağında salınmış meyvə bağından toplanılan 800 kiloqram alma orduya təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: