Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin yeni kitabı çapdan çıxıb
25.09.2020 11:42
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin yeni kitabı çapdan çıxıb

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Ощутимые землетрясения Азербайджана за период 2003-2008 гг.” adlı monoqrafiyası işıq üzü görüb.

“Elm” nəşriyyatında çap edilən kitab Azərbaycan ərazisinin seysmikliyinə həsr olunub. İllər üzrə tədqiq olunan zəlzələlərin kinemetrik və dinamik parametrlərinin analizi aparılıb, hiss edilən və güclü zəlzələ ocaqlarının tektonik bağlılığı göstərilib və onların makroseysmik sahələrinə baxılıb.

Kitabda geomaqnit sahəsi gərginliyinin lokal anomaliyalarının seysmikliklə əlaqəsi və seysmomaqnit effekti xassələrinin zəlzələ ocaqları mexanizmindən asılılığı haqqında yeni məlumatlar da öz əksini tapıb.

Geomaqnit sahəsinin gərginlik artımı qradientinin, uzununa və eninə seysmik dalğa nisbətlərinin analizi əsasında seysmogen sahələrdə Yer qabığının gərginlik vəziyyəti qiymətləndirilib.

Vəsaitin son fəsli yeni seysmoloji tədqiqatların nəticələri əsasında Böyük Qafqaz meqantiklinoriyası, Kür depressiyası və Kiçik Qafqazın Öntalış sahəsinin müasir geodinamikası məsələlərinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: