Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
25.09.2020 14:36
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, kimya üzrə fəlsəfə doktorları Yeganə Ağazadə, Nizami Mürsəlov, Ülviyyə Yolçuyeva və texnika elmləri doktoru Elmar Abdullayevin həmmüəllifi olduğu məqalə Web of Science: Science Citation Index Expanded (SCIE) bazasına daxil olan “Polish Journal of Chemical Technology” yüksək impakt faktorlu jurnalında çapdan çıxıb.

“Amidoamin əsaslı qeyri-üzvi komplekslərin mikrobioloji və atmosfer korroziyasına qarşı inhibitor-bakterisid təsirinin tədqiqi” adlı məqalədə metalların korroziyadan mühafizəsinə qarşı aparılan araşdırmaların nəticəsi əksini tapıb. Hazırlanmış komplekslərin inhibitor-bakterisid xassələrinin tədqiqi nəticəsində müəyyən edilib ki, bu komplekslərin inhibitor-bakterisid kimi tətbiqinə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: