Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Farsi təkəllüm risaləsi” adlı dərslik işıq üzü görüb
09.12.2014 00:00
  • A-
  • A
  • A+

“Farsi təkəllüm risaləsi” adlı dərslik işıq üzü görüb

XIX əsrdə yaşamış görkəmli Azərbaycan alimi və pedaqoqu Əbdülqəni Nuxəvi Xalisəqarızadənin “Farsi təkəllüm risaləsi” adlı fars dilinin tədrisinə dair dərsliyi nəşr olunub.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış əsər XIX əsrdə Azərbaycanda xarici dilin tədrisində istifadə edilən metodiki üsulların öyrənilməsi baxımından böyük maraq kəsb edir. Nəşri hazırlayan və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifli, elmi redaktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoyludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: