Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunun alimləri ordumuza dəstək nümayiş etdiriblər
01.10.2020 14:34
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimləri ordumuza dəstək nümayiş etdiriblər

AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri milli ordumuza dəstək nümayiş etdiriblər.

Bu münasibətlə təşkil olunmuş iclasda giriş sözü ilə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov bildirib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək təmas xəttində yerləşən yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub.

O.Səmədov vurğulayıb ki, sözügedən təxribata cavab olaraq hazırda Ali Baş Komandanın göstərişi ilə Azərbaycan Ordusu tərəfindən genişmiqyaslı əks-hücum əməliyyatları icra edilir. Uğurlu əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər işğalçılardan azad edilib, eləcə də Azərbaycan Ordusu düşmənin hərbi mövqelərinə zərbələr endirməkdə davam edir və hər birimiz inanırıq ki, tezliklə düşmən üzərində qələbə qazanaraq doğma Qarabağımızı azad edəcəyik.

İclasda çıxış edən digər alimlər də ordumuzun ruh yüksəkliyindən və peşəkarlığından danışıblar.

Tədbirin sonunda Prezident İlham Əliyevin xalqa müraciətində söylədiyi “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” fikri səsləndirilib və alimlər torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinə, igid Azərbaycan əsgərinə yeni-yeni uğurlar arzu edib, həmçinin daima dəstəyə hazır olduqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: