Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vətən torpağı bizim namusumuzdur!
06.10.2020 12:20
  • A-
  • A
  • A+

Vətən torpağı bizim namusumuzdur!

Torpaqlarımızın düşmən əsarəti altında olduğu otuz il müddətində beynəlxalq miqyasda aparılan çoxsaylı danışıqlar heç bir nəticə verməyib. Nəhayət, Ali Baş Komandan tərəfindən şanlı Azərbaycan Ordusuna Ermənistanın təxribatlarına cavab olaraq işğal altındakı torpaqlarımızın silah yolu ilə azad edilməsi əmri verilib. Bu əmr cavanlı-qocalı hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi oyadıb, on minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılıblar.

Tarixin təcrübəsi göstərir ki, yüksək vətənpərvərlik ruhuna malik əsgərləri olan ordunun qarşısında heç bir düşmən ordusu tab gətirə bilməz. Hazırda torpaqlarımızın azad edilməsi uğrunda qəddar düşmən ilə vuruşan əsgərlərimizin qısa müddət ərzində əldə etdikləri uğurlar buna parlaq misaldır.

Biz, veteranlar öz şanlı ordumuzla, Ali Baş Komandanımızla fəxr edirik və hər an cəbhəyə yollanmağa, silaha sarılaraq ön cəbhədə vuruşan əsgərlərimizlə birlikdə torpaqlarımızı məkrli düşmən işğalından azad etməyə hazırıq. Böyük şairimiz Səməd Vurğunun sözləri ilə desək, “Bilsin ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərik biz də bu gündən!”

İbrahim ƏZİZOV, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: