Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Qərib Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli” kitabı çapdan çıxıb
11.12.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli” kitabı çapdan çıxıb

Ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ərəfəsində AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli” adlı kitabı çapdan çıxıb.

Kitab müasir Azərbaycanın memarı, dünya azərbaycanlılarının həmrəyliyinin təminatçısı, 45 il bundan əvvəl siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı qüdrətli ölkəyə çevirən, əbədi istiqlalımıza nail olan ulu öndər Heydər Əliyevin aqrar siyasətinə, dahi rəhbərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət əhəmiyyətli proqram və layihələr nəticəsində əldə olunan nailiyyətlərə həsr edilib.

“Elm” nəşriyyatında çapdan çıxmış yeni nəşr üç bölmədən – “1969-1982-ci illərdə aqrar sahədə həyata keçirilən mühüm islahatlar nəticəsində Azərbaycan kompleks inkişafa nail oldu”, “1993-2003-cü illərdə gerçəkləşən aqrar islahatlar tarixə Heydər Əliyevin aqrar siyasəti kimi yazıldı” və “Heydər Əliyevin aqrar islahatları regionların sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, milli dövlətçilik tarixində Lider – Varis ənənəsinin təntənəsinə stimul oldu” bölmələrindən ibarətdir.

Kitabın elmi redaktoru Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: