Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2020 11:28
  • A-
  • A
  • A+

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və  Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunan “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.  

Tədbiri muzeyin “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova açaraq, “Ulu öndər Heydər Əliyev: “Müstəqil Azərbaycan naminə!” adlı məruzəsini təqdim edib.

O, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda həlledici fəaliyyətindən, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. O, Ali Baş Komandanın liderliyində torpaqlarımızın işğaldan azad olunacağına və ordumuzun gücünə inandığını vurğulayıb.      

“Azərbaycan sikkələri əsas dövlətçilik rəmzidir” adlı məruzə ilə çıxış edən muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova Azərbaycan sikkələrinin bütün tarixi dövrləri təmsil edən önəmli faktiki tapıntılar olduğunu bildirib. Məruzəçi dövlətçiliyin başlıca rəmzi olan sikkə zərbi hüququnun məhz Azərbaycan sikkələri ilə təmsil edildiyini və müstəqil Azərbaycanın numizmatik irsinin tədqiqi, təbliği sahəsində əldə edilmiş uğurlardan danışıb.

Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şuarsının sədri, t.ü.f.d. Sevinc Nəsirova “Qanla yazılan tarix” adlı məruzəsində müasir dövr hadisələrinə toxunaraq, xalqımızın müstəqilliyinin əldə edilməsində canlarından keçən Vətən oğullarımızın rəşadətindən bəhs edib. O, suverenliyimizin bərpasında gənclərin fəal olduğunu vurğulayıb və gələcək qələbələrə inandığını söyləyib.     

Daha sonra Numizmatika və epiqrafika elmi fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov çıxış edərək “Milli azadlıq hərəkatı və dövlət müstəqilliyimiz” adlı məruzəsini təqdim edib. O, çıxışında Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixinə nəzər salaraq, 20 Yanvar hadisələri və respublikamızda erməni separatizminə qarşı xalqımızın həmrəyliyinə toxunub. Məruzəçi SSRİ-nin dağılması və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizə barədə ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: