Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin Ev Muzeyində dezinfeksiya işləri aparılıb
16.10.2020 14:33
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində dezinfeksiya işləri aparılıb

Məlumdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 Avqust 2020-ci il tarixli qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarında bəzi dəyişikliklər edilib. Bu dəyişikliyə uyğun olaraq 31 avqust 2020-ci il tarixindən ölkə ərazisində muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi də sözügedən qərardan çıxış edərək həmin tarixdən mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə əməl etməklə qonaqları kiçik qruplar halında qəbul etmiş, əməkdaşların və muzeyə gələn qonaqların mütləq qaydada tibbi maska və qoruyuculardan, tibbi spirt və digər dezinfeksiyaedici vasitədən istifadəsini təmin edilməklə ekskursiyalar keçirib.

Qeyd edək ki, muzeyin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Bu gün muzeydə növbəti dəfə COVİD-19 əleyhinə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərini həyata keçirməkdə məqsəd yoluxma riskini minimuma endirmək, bununla da bu məsuliyyətli günlərdə səhiyyəmizin vahid cəbhədə fəaliyyətinə dəstək göstərməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: