Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Gövhər Baxşəliyevanın Ermənistanın işğal siyasəti barədə məqaləsi ərəb ölkələrinin KİV-lərində geniş yayımlanır
16.10.2020 15:09
  • A-
  • A
  • A+

Akademik Gövhər Baxşəliyevanın Ermənistanın işğal siyasəti barədə məqaləsi ərəb ölkələrinin KİV-lərində geniş yayımlanır

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın bir neçə gün öncə İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik “Neyruz” xəbər agentliyi və Misir Ərəb Respublikasının “əl-Diplomasi” informasiya portalı tərəfindən dərc olunan “Ermənistan rəhbərliyinin yürütdüyü işğal siyasəti” adlı məqaləsi ərəb ölkələrində maraqla qarşılanıb və digər ərəb KİV-lərində məqalə geniş yayımlanıb. Bu sırada Misir Ərəb Respublikasının “Asiya əl-youm” və “əl-Vəsilə” informasiya portallarını, Körfəz ölkələri üzrə ixtisaslaşmış “Nəbz”, “Şərq”, “Şəfəq” informasiya mobil tətbiqlərini qeyd etmək olur.

Məqalədə Qarabağ ərazisinin qədim Azərbaycan torpaqları olduğu tutarlı tarixi faktlar və beynəlxalq qərar və qətnamələr əsasında qeyd edilir. Akademik G.Baxşəliyeva öz məqaləsində Ermənistanın hərbi-siyasi hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasəti, Xocalı soyqırımının nəticələri haqqında geniş məlumat verir. Bununla yanaşı, məqalədə Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi qüvvələrinin işğal olunmuş əraziləri tərk etməsi barədə 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə toxunulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: