Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşı Qarabağ həqiqətlərini Livan mediasına çatdırıb
16.10.2020 15:25
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı Qarabağ həqiqətlərini Livan mediasına çatdırıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov Livanın U.NEWS xəbər agentliyinin təşkil etdiyi vebinarda əsas müzakirəçi qismində Azərbaycan Respublikasının Qarabağla bağlı legitim siyasəti, ordumuzun cavab həmləsi haqda çıxış edib, livanlı ekspertlər və media qurumunun üzvlərinin məsələ ilə bağlı suallarını cavablandırıb.

Bir saatlıq vebinarda ölkəmizin haqq mövqeyi beynəlxalq qərarlara əsasən işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: