Dekabrın 17-də saat 15:00-da AMEA-nın Əsas binasında akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçiriləcək. İclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, AMEA-nın elmi müəssisələrinin direktorları, AMEA Rəyasət Heyəti Mərkəzi aparatının idarə və şöbə rəisləri, habelə gündəlikdəki məsələlərə aidiyyəti olan digər alim və mütəxəssislər iştirak edəcək.
İclasın gündəliyinə aşağıdakı mühüm məsələlər daxildir:
– Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi haqqında;
– İllik hesabatların müzakirəsinin təşkili haqqında;
– Elmi tədqiqat proqramlarının müsabiqəsi haqqında;
– İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri sərgisinin keçirilməsi haqqında;
– AMEA-nın nəşriyyat planı haqqında.
AMEA Elmi Müəssisələrinin Direktorlar Şurası AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı ilə yaradılmışdır. Direktorlar Şurasının yaradılmasında əsas məqsəd AMEA-da idarəetmənin və aparılan islahatların səmərəliliyinin artırılması, elmi müəssisələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün səmərəli mexanizmlərin hazırlanması, həmçinin inzibati-idarəetmə sahəsində peşəkarlığın yüksəldilməsidir.
Qeyd edək ki, Direktorlar Şurasının sədri AMEA prezidenti, akademik Akif Əlizadədir.
Ünvan: Bakı şəh., Hüseyn Cavid pr.,115, II mərtəbə
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.