Müasir cəmiyyətdə müxtəlif elm sahələrindəki bilik və metodların inteqrasiyası olduqca zəruridir. Elmi nailiyyətlər əldə etmək, elm və cəmiyyət qarşısında duran ən aktual problemləri həll etmək üçün fənlərarası tədqiqatların geniş tətbiqi vacibdir. Bu baxımdan Azərbaycan elmində sinergetik xarakterli elmi istiqamətlərin inkişafı günün tələbidir.
Bu məqsədlə AMEA-nın Geologiya və Geofizika İnstitutu aşağıdakı elmi istiqamətlər üzrə institutlararası müştərək laboratoriyaların yaradılması ilə bağlı xüsusi müsabiqə elan edir:
- Bərpa olunan enerji mənbələri istiqaməti;
- Mineral xammalın tətbiqi texnologiyasının işlənilməsi istiqaməti.
Müsabiqədə göstərilən elm sahələri üzrə təcrübəli alim və mütəxəssislər iştirak edə bilərlər.
Sənədlər noyabr ayının 15-nə kimi təqdim edilməlidir.
Ünvan: AZ1143, Bakı, H.Cavid prospekti, 119
Tel.: (+994 12) 537 23 34, (+994 12) 510 01 41 (119)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.