Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
29.10.2020 11:49
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya üzrə fəlsəfə doktoru, dosent Elmina Qədirovanın həmmüəllifi olduğu “Rutil fazaya aid TiO2 nanohissəciklərinin fotokatalitik xüsusiyyətlərinin tədqiqi” adlı məqalə nüfuzlu “Journal of Molecular Structure” nəşrində işıq üzü görüb.

Məqalədə fenol məhlulunun fotokimyəvi ləğvi rutil fazaya sahib TiO2 nanohissəciklərinin iştirakı ilə həyata keçirilib, bu nanohissəciklərin fiziki və kimyəvi xüsusiyyətləri araşdırılıb və bəzi mühüm nəticələr əldə edilib.

Qeyd edək ki, “Web of Science” bazasında indeksləşən və impakt faktoru 2.5 olan “Journal of Molecular Structure” kimyada molekulyar quruluşların tədqiqatına həsr edilən Q1 reytinqli jurnallardan biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: