Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
29.10.2020 12:27
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Türkiyənin Mersin şəhərində “IV beynəlxalq Aralıq dənizi və Mersin” mövzusunda onlayn simpozium keçirilib.

Mersin Univeristeti və Mersin Akademiya Müşavirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə, Azərbaycan, Rusiya, Moldova, Albaniya, Serbiya, Qazaxıstan, Özbəkistan və Türkmənistandan alim və tədqiqatçılar qatılıb.

Ənənəvi keçirilən simpoziumu Mersin Universitetinin professoru Ali Durmuş Arslan açaraq Azərbaycanın haqq savaşında qardaş Türkiyənin hər zaman onun yanında olduğunu və tezliklə işğal altındakı torpaqlarda Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına inamını ifadə edib, simpoziumun işinə uğurlar arzulayıb.

Daha sonra AMEA-nın Folklor  İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığına diqqəti çəkib, “İki dövlət, bir millət” şüarının mənəvi dəyərindən danışıb.

Üç gün davam edən simpoziumda 23 müxtəlif ölkədən qatılan iştirakçıların 600-ə yaxın məruzəsi dinlənilib. Belə ki, AMEA Folkor İnstitutunun əməkdaşları dosent Tahir Orucov “Sovet ideologiyasının Koroğlu dastanına təsiri”, dosent Qalib Sayılov “Türk dünyasının könül bağlarına konseptul baxış”, dosent Elçin Qaliboğlu “Faciәli qurtuluşa doğru: Cәfәr Cabbarlının hәqiqәt axtarışları”, dosent Sönməz Abbaslı  “Qarabağ folklorunda doğum ayinləri”, filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilova “Modern nəsr və Folklor (Elçinin “Qarabağ şikəstəsi” və “Bayraktar”) əsərlərinin timsalında” və Sevda Qasımova “Bəkir Çobanzadənin folklor mətnlərində janr-poetikası problemləri” mövzusunda məruzələrini təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: