Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabı çapdan çıxıb
29.10.2020 14:32
  • A-
  • A
  • A+

“Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabı çapdan çıxıb

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” adlı kitabının üçüncü cildi çapdan çıxıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə “Elm” nəşriyyatında işıq üzü görən kitab ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunub. Kitabın birinci cildi 2010-cu ildə, ikinci cildi isə 2013-cü ildə nəşr edilib.

Vəsaitdə Makedoniyalı İsgəndər, İmam Əli, Şah İsmayıl Xətai, I Süleyman, Hacı Zeynalabdin Tağıyev, Konstantin Eduardoviç Sialkovski, Mahatma Qandi, Mir Əsədulla Mirqasımov, Mustafa Ağabəy Topçubaşov, Şarl de Qoll, Enriko Fermi, Jan Pol Sartr, Musa Əliyev, Riçard Feynman, Aaron Kluq, Fidel Kastro, Ceyms Uotson, Frensis Kollinz haqqında geniş və maraqlı məlumatlar var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: