Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Respublikasının Milli Atlası” tərtib olunub
17.12.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının Milli Atlası” tərtib olunub

Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası”nın çapının təmin edilməsi” haqqında 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanmış “Azərbaycan Respublikasının Milli Atlası”nın nüsxələri AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə Aqrar Elmləri Bölməsi tərəfindən akademiyanın institutlarının kitabxanalarına təqdim olunub.

Qeyd edək ki, Milli Atlas əhatəli elmi məlumatları ehtiva etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır.

19 bölmə, 444 səhifə,1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir.

Hazırda AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən akademik Qərib Məmmədovun rəhbərliyi ilə atlasın CIS variantı hazırlanır. Milli Atlasın bu elektron formasını ölkəmizdə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar.

Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: