www.science.az
02.11.2020 16:49

Akademik Akif Əlizadə GGİ-nin doktorant və dissertantları ilə görüşüb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadə müəssisənin doktorant və dissertantları ilə görüşüb.

Görüşdə hər bir tədqiqatçının elmi mövzusu və aparılan çöl tədqiqat işləri haqqında müzakirələr aparılıb.

Akademik Akif Əlizadə tədqiqatçıların dissertasiya işlərinin gedişatında əldə etdikləri elmi nəticələr və həmçinin bu tədqiqatların əsasında çap olunmuş elmi əsərlərlərlə tanış olub.

Tədbirdə eləcə də dissertasiya işlərinin yerinə yetirilməsində, tədqiqat sahələrində iştirakın davamiyyətində, götürülən analizlərin aparılmasında və pandemiyaya görə yaranmış məhdudiyyətlərlə bağlı problemlər həllini tapıb.

Akademik, həmçinin elmi mövzu rəhbərlərini daha tələbkar olmağa çağırıb, işlərin uğurla sona çatdırılması üçün isə GGİ tərəfdən hər cür köməkliyin göstəriləcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.