Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Arpaçay vadisinin Tunc dövrünün arxeoloji abidələri” adlı monoqrafiya işıq üzü görüb
18.12.2014 00:00
  • A-
  • A
  • A+

“Arpaçay vadisinin Tunc dövrünün arxeoloji abidələri” adlı monoqrafiya işıq üzü görüb

“Arpaçay vadisinin Tunc dövrünün arxeoloji abidələri” adlı monoqrafiya “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın elmi axtarışlarının, arxeoloji tədqiqatlarının nəticəsi olan monoqrafiyada Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri haqqında ətraflı məlumat verilir.

Nəşrdə arxeoloji qazıntılar zamanı aşkar edilən materiallar, həmçinin muzey fondlarında saxlanılan maddi mədəniyyət nümunələri müqayisəli şəkildə təhlil edilir.

Monoqrafiyada erkən, orta və son Tunc dövrünün arxeoloji abidələri ilə yanaşı, həmin dövrdə yaşayan əhalinin məşğuliyyəti, ictimai quruluşu və ideologiyası haqqında da məlumatlar öz əksini tapıb.

Tədqiqat əsəri dünyanın digər mədəniyyətləri ilə bölgə mədəniyyətinin, tarixinin müqayisəli şəkildə öyrənilməsi baxımından qiymətli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: