Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Moskva-Baku” portalında Qarabağın mədəni və dini irsi ilə bağlı müsahibə yayımlanıb
23.11.2020 16:25
  • A-
  • A
  • A+

“Moskva-Baku” portalında Qarabağın mədəni və dini irsi ilə bağlı müsahibə yayımlanıb

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “Moskva-Baku” informasiya portalına işğaldan azad edilən Qarabağın mədəni və dini irsi ilə bağlı müsahibə verib.

Alim müsahibəsində Qarabağda Azərbaycan xalqının çoxsaylı tarixi mədəni irsinin cəmləşdiyini, lakin işğal illərində abidələrin, muzeylərin, məscidlərin dağıdıldığını, talan edildiyini söyləyib. M.Ağalarlı tarixi, mədəni və dini obyektlərin bərpasının nəzərdə tutulduğunu bildirib.

Müsahibənin tam variantını buradan oxuya bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: