www.science.az
24.11.2020 11:04

Professor Habil Qurbanovun Xocalı soyqırımına dair məqaləsi İordaniyada çap olunub

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovun "Xocalı soyqırımı və qadın hüquqları" adlı məqaləsi İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Neyruz" xəbər agentliyində nəşr (ərəb və rus dillərində) edilib.

Məqalədə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, erməni vandalizmi nəticəsində dəymiş mənəvi və maddi zərərlərə toxunulub. Bununla yanaşı, erməni hərbi birləşmələri tərəfindən Xocalı qətliamında qadın və uşaqlara qarşı həyata keçirilmiş vəhşilik haqqında geniş məlumat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.