Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.11.2020 16:40
  • A-
  • A
  • A+

Torpaqşünas alim YUNESKO-nun kəhrizlərlə bağlı konfransında çıxış edib

Torpaqşünas alim YUNESKO-nun kəhrizlərlə bağlı konfransında çıxış edib

YUNESKO-nun təşkilatçılığı ilə “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə beynəlxalq dövlətlərarası idarə heyətinin IX onlayn konfransı keçirilib.

Tədbirdə ölkəmizi “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə beynəlxalq dövlətlərarası idarə heyətinin üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev təmsil edib.

Ə.Quliyev konfransda “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kəhrizlərin ermənilər tərəfindən məhv edilməsi” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: