Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Riyazi tədqiqatlarda yenilik
02.12.2020 15:49
  • A-
  • A
  • A+

Riyazi tədqiqatlarda yenilik

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, riyaziyyat elmləri doktoru Elman İbrahimov riyaziyyat elmində Gegenbauer diferensial operatorunun doğurduğu harmonik analizə yeni inteqral çevirmə gətirib.

Beləliklə o, son dönəmlər araşdırılmayan mövzuya toxunub. Alimin Gegenbauer diferensialının yaratdığı Riesz potensialının sərhədliliyi haqqında tip teoremi ilə bağlı məqalələri 30-dan çox beynəlxalq elmi jurnalda dərc olunub.

E.İbrahimov yaxınlaşma nəzəriyyəsində düz cekson və tərs bernşteyn teoremlərinin isbatını məhz Gegenbauer çevrilmələrinin vasitəsi ilə aparıb. Daxiletmə teoremləri riyazi fizika tənliklərinin ümumiləşmiş həllinin tapılması ilə bağlıdır.

Riyaziyyatçı Gegenbauer diferensial operatorunun doğurduğu harmonik analizin əsasını qoyaraq isbat etdiyi teoremin tətbiqi ilə gələcəkdə bir çox yeni tədqiqatların aparıla biləcəyini söyləyib.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: