Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix Muzeyinin əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər
04.12.2020 10:06
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşları beynəlxalq simpoziumda çıxış ediblər

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - direktor müavini, dosent Həbibə Əliyeva, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov və Aynur Babayeva Türkiyənin Konya şəhərində keçirilən onlayn beynəlxalq simpoziumda iştirak ediblər.

14-cü beynəlxalq türk mədəniyyəti, sənəti və mədəni mirası qoruma simpoziumunda dosent H.Əliyeva “Türk-islam mədəniyyətini təcəssüm etdirən Şahxəndan türbəsi”, Ə.Fərhadov “Azərbaycanda islam: əl-Bakuvi nümunəsi”, A.Babayeva isə “ICOM Azərbaycan Milli Komitəsinin muzeylərin beynəlxalq münasibətlərindəki rolu və əhəmiyyəti” adlı məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, simpoziumun materialları toplu halında nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: