Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Təcrübə-Sənaye Zavodunda texniki vasitələrin ötürücüləri üçün yüksək keyfiyyətli transmissiya yağları istehsal olunur
04.12.2020 12:40
  • A-
  • A
  • A+

Təcrübə-Sənaye Zavodunda texniki vasitələrin ötürücüləri üçün yüksək keyfiyyətli transmissiya yağları istehsal olunur

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda texniki vasitələrin mexaniki qutuları, ötürücü körpüləri, o cümlədən bir sıra yüngül avtomobillərin mexaniki ötürücü qutuları, bütün növ silindrik, konik, hipoid ötürücüləri və ağır şəraitdə işləyən yük maşınlarının əsas ötürücülərinin yağlanması üçün istifadə olunan transmissiya yağlarının istehsalı həyata keçirilir.

Yüksək keyfiyyəti və sərfəli qiyməti ilə analoqlarından üstün olan bu yağlar müxtəlif növ sintetik, yarımsintetik və mineral baza yağı və aşqar paketlərindən istifadə etməklə hazırlanır və texniki vasitələrdə olan sinxranizatorları və dişli çarxları yeyilmədən tam müdafiə edir.

Amerika Neft İnstitutunun (American Petroleum İnstitute, API) təsnifatına görə, GL sinifli  transmissiya yağları istismar kateqoriyasına uyğun yağ tələb edən minik və yük avtomobillərinin, həmçinin digər mobil texnikanın mexaniki transmissiyalarının bütün tip dişli, o cümlədən hipoid ötürücülərinin (aparıcı körpücüklər, paylayıcı qutular, sükan reduktorları və s.) yağlanması üçün nəzərdə tutulur.

Zavodda istehsal olunan GL sinifli  transmissiya yağı yüksək anti-sürtünmə və anti-yeyilmə xüsusiyyətlərinə malik olmaqla transmissiya hissələrinin temperatur intervalında ağır şəraitdə uzun müddət ərzində istismarını təmin edir.

Qeyd edək ki, Təcrübə Sənaye Zavodunda bütün növ yağların, o cümlədən transmissiya yağlarının istehsalı zamanı əhalinin həyatı, sağlamlığı, əmlakının təhlükəsizliyi və ətraf-mühitin qorunması kimi tələblər nəzərə alınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: