Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və geofizika ixtisasları üzrə təhsil alan tələbələr arasında müsabiqə keçirilib
04.12.2020 14:06
  • A-
  • A
  • A+

Geologiya və geofizika ixtisasları üzrə təhsil alan tələbələr arasında müsabiqə keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geologiya və geofizika ixtisasları üzrə təhsil alan tələbələr arasında müsabiqə keçirilib.

AMEA-nın 75 illiyinə həsr olunan müsabiqənin Elmi-Təşkilat Komitəsi (ETK) koronavirus pandemiyası ilə əlaqədar olimpiadanın onlayn formatda keçirilməsinə qərar verib.

Akademik Əkpər Feyzullayevin rəhbərliyi altında ərsəyə gələn müsabiqəyə 5 təşkilatdan 13 bakalavr və 15 magistrant müraciət edib. İki mərhələdən ibarət olimpiadanın birinci mərhələsində iştirakçılara təqdim edilən istiqamətlər üzrə müəyyən meyarlara cavab verən esseni Azərbaycan, ingilis və ya rus dilində hazırlamaq tapşırılıb.

Final mərhələsində isə komitə üzvləri hazırlanan esselərlə bağlı fərdi qaydada müsahibə aparıb, eyni zamanda onların bilikləri əyani qiymətləndirilib.

Təşkilat komitəsinin qərarı ilə olimpiadanın üç iştirakçısı - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Qalib Muradov, AMEA-nın Neft və Qaz İnstitutunun magistrantları İsmayıl İsmayılov və Zülfüqar Ağayev həvəsləndirici mükafata tövsiyə olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: