Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
05.12.2020 15:05
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi AMEA-nın Fizika İnstitutunun rəhbərliyi və kollektivi tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında imzaladığı Sərəncama əsasən baş tutub.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhid olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: