Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası hesabat verib
05.12.2020 16:36
  • A-
  • A
  • A+

Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası hesabat verib

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar FonduBatabat Astrofizika Rəsədxanasının 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq hər iki müəssisənin cari ildə bir sıra uğurlu tədqiqatlar apardıqlarını söyləyib.

Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək fondda 2020-ci ilin elmi-tədqiqat işlərinin planına uyğun olaraq 1 istiqamət, 1 problem və 1 mövzu üzrə 3 işin 4 mərhələdə yerinə yetirildiyini bildirib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə olunan 60 adda, o cümlədən Ordubad rayonuna ekspedisiya zamanı əldə edilmiş 3 ədəd qədim əlyazma və çap kitabları fondun balansına daxil edilib, mühafizə olunan əlyazma və çap kitablarının ümumi sayı 606-ya çatdırılıb.

Hesabat dövründə fond əməkdaşlarının 1 kitabı, 25 elmi məqaləsi, 10 konfrans materialı və 2 tezisi olmaqla, 38 əsərinin nəşr edildiyini deyən Fərman Xəlilov bildirib ki, əsərlərdən 1 məqalə, 2 konfrans materialı və 2 tezis xarici ölkə nəşrlərində işıq üzü görüb. İl ərzində fonda yeni daxil olan 43 kitab cildlənib, bəzi kitablar qaydaya salınaraq səhifələnib, 63 əlyazma və çap kitabına ilkin rəylər verilib və kataloqlaşdırılıb.

Daha sonra çıxış edən bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev isə bildirib ki, hesabat dövründə rəsədxanada elmi-tədqiqat işləri 1 istiqamət, 1 problem, 2 mövzu, 2 iş üzrə 7 mərhələdə 2 şöbə tərəfindən yerinə yetirilib. Rəsədxana əməkdaşlarının hesabat dövründə 1-i kitab olmaqla, 43 elmi əsəri dərc edilib. Onun sözlərinə görə, aparılan elmi-tədqiqatlar 1 mühüm nəticə almağa imkan verib. Həmçinin əməkdaşlardan Ruslan Məmmədov 1 beynəlxalq və 1 respublika səviyyəli onlayn konfransda məruzə ilə çıxış edib.

Hesabat iclasında akademik İsmayıl Hacıyev hər iki elmi tədqiqat müəssisəsinin rəhbərinə kadr hazırlığına xüsusi diqqət yetirməyi tapşırıb, universitetlərin uyğun ixtisaslarında təhsil alan II kurs magistrantların tədqiqatlarını bölmədə davam etdirmələrinin vacibliyini bildirib.

Sonda AMEA-nın müxbir üzvləri - Hacıfəxrəddin Səfərli, Əbülfəz QuliyevTofiq Əliyev çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirib və hesabatın qəbul olunmasını təklif ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: