Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı İstanbulda elmi ezamiyyətdə olub

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı İstanbulda elmi ezamiyyətdə olub

AMEA Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ci mobillik qrantı çərçivəsində Türkiyənin İstanbul şəhərində elmi ezamiyyətdə olub.

“İslam sənət tarixində əlyazmaların bədii tərtibat xüsusiyyətləri” mövzusundakı qısamüddətli elmi təcrübəkeçmə layihəsi Türkiyənin İstanbul şəhərindəki Mərmərə Universitetində İlahiyyat fakültəsi ilə İslam tarixi və sənətləri (Türk-İslam sənət tarixi) bölümləri arasında baş tutmuşdur.

Layihənin mərhələləri bir neçə elmi qurumun sıx və qarşılıqlı əməkdaşlığı ilə həyata keçirilmişdir. Treninq, brifing, kurs və dərs xarakteri daşıyan təcrübəkeçmə Mərmərə Universitetinin İlahiyyat fakültəsiylə yanaşı, Gözəl Sənətlər fakültəsi, İslam Araşdırmaları Mərkəzi (İSAM), Memar Sinan Universiteti, Ədəbiyyat fakültəsi sənət tarixi bölümü və s. kimi elm ocağlarında aparılmışdır. Ezamiyyət zamanı İslam sənətləri sahəsindəki əlyazmalarla bağlı Türkiyə, o cümlədən dünya üzrə tanınmış elm və sənət insanları öz bilik və təcrübələrini paylaşmışlar. Ölkənin tanınmış elm və sənət adamları layihə iştirakçılarına İslam xətt sənəti, xətt sənətinin tarixi inkişafı, xətt növləri və s. mövzularda təcrübə keçmişlər.

Təcrübə zamanı S.Nemətzadə Yazma Əsərlər Qurumu, Nadir əlyazmalar bölümündə olmuş, bir çox sərgilərə, o cümlədən Sabancı Muzeyində keçirilən 21-ci Sakıp Sabancı Ödül törəninə dəvət almışdır. O, ezamiyyət müddətində Azərbaycan elmini layiqincə təbliğ etmiş, elmi mühitlə yaxından tanış olaraq müvafiq sahədə qarşılıqlı elmi əməkdaşlıq imkanlarının müzakirəsinə nail olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: