Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da 2014-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək
12.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-da 2014-cü ilin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək

Yanvarın 14-də saat 12:00-da Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə 2014-cü ilin yekunlarına dair mətbuat konfransı keçirəcək.

Mətbuat konfransında ötən il akademiyada həyata keçirilmiş islahatlar, maddi-texniki bazanın gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, innovasiya xarakterli elmi-tədqiqat işlərinin, həmçinin dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən danışılacaq.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 30.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: