Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mikrobiologiya İnstitutunun "MBB-77" yem əlavəsi məhsuldarlığa böyük töhfə verəcək
19.01.2021 15:42
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun "MBB-77" yem əlavəsi məhsuldarlığa böyük töhfə verəcək

AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə 20 Yanvar faciəsinin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İclası müəssisənin direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq bildirib ki, Mikrobiologiya İnstitutunun fəaliyyəti bu gündən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qismən bərpa edilir və gündəlik işə çıxması zəruri olan əməkdaşların ümumi sayı 30 faizdən çox olmamalıdır.

P.Muradov daha sonra 2021-ci ildə müəssisə əməkdaşlarının qarşısında duran vəzifələri diqqətə çatdırıb və elmi işçilərin məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. O, cari ildə nəzərdə tutulan hədəflərə çatmaq üçün tədqiqat işlərinin elmi əhəmiyyətinə diqqət yetirərək cəmiyyətə faydalı olan nəticələrin əldə edilməsinin önəminə toxunub: "Ötən il aparılan elmi-tədqiqatlar nəticəsində əldə edilən bioloji aktiv maddələrlə zəngin "MBB-77" yem əlavəsinin heyvandarlıq və quşçuluqda tətbiqi institutumuz tərəfindən məhsuldarlığa böyük töhfə olacaq. Elmi nəticələrimiz, uğurlarımız davamlı olmalıdır".

Daha sonra alim elmin populyarlaşdırılması istiqamətində görülən işlərin gücləndirilməsinin vacibliyini bildirərək müvafiq tövsiyə və tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: