www.science.az
20.01.2021 12:44

Genetik Ehtiyatlar İnstitutunda magistrantların imtahanları davam edir

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda təhsil alan magistrantların imtahan prosesi davam edir.

Belə ki, növbəti imtahan “Meyvə bitkilərinin seleksiyası”, “Dənli taxıl və paxlalı bitkilərin xəstəlikləri və zərərvericiləri” və “Genomika (Genomiks)” fənləri üzrə keçirilib.

İmtahanlar institutda yaradılmış imtahan komissiyasının üzvləri və fənn müəllimləri tərəfindən götürülüb.

“Genomika (Genomiks)” fənni üzrə imtahana AMEA-nın vitse prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynova da qoşulub. Akademik müəssisədə imtahanların gedişi ilə maraqlanıb və magistrantların elmi tədqiqat işləri haqda fikir mübadiləsi aparıb. O, institutda magistratura təhsilinin yaxşı təşkil olunduğunu vurğulayıb, müəssisə rəhbərliyinin və Təhsil şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib, professor-müəllim heyətinə, magistrantlara uğurlar arzulayıb.

Magistrantlar qeyd olunan fənlər üzrə imtahanları uğurla veriblər.

Genetik Ehtiyatlar İnstitutunda növbəti imtahanlar yanvarın 22-də baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.