www.science.az
15.01.2015 00:00

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, yanvarın 16-da saat 14:00-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Milli hüzn və əzm gününün tarixi dərsləri” mövzusunda elmi sessiya keçiriləcək.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov, filologiya üzrə elmlər doktorları Xatirə Bəşirli, Şəfəq Əlibəyli və başqaları məruzələrlə çıxış edəcəklər.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 53

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.