Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Filosof alimlərin məqaləsi BMT-nin "Diplomatic Insight" jurnalında nəşr edilib
25.01.2021 15:08
  • A-
  • A
  • A+

Filosof alimlərin məqaləsi BMT-nin "Diplomatic Insight" jurnalında nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) 75-ci ildönümü münasibətilə sözügedən qurumun rəhbər nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış alimlərin və Pakistanda çalışan müxtəlif ölkələrin səfirlərinin məqalə və mesajları Pakistan İslam Respublikasının nüfuzlu "Diplomatic Insight" jurnalının xüsusi buraxılışında nəşr olunub.

Jurnalda BMT-nin Baş katibi Antonio Quterreşin, BMT Baş katibinin müavini və icraçı direktoru, BMT-nin İqtisadi və Sosial məsələləri üzrə katibi xanım Armida Salsia Alisjahbananın, Pakistan İslam Respublikasının prezidenti Arif Alvinin, Baş nazir İmran Xanın məqalələri ilə yanaşı, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Sakit Hüseynovun və fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın "What is the Future for the UN? or "The World is more than Five" adlı məqaləsi də çap edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: