Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi
15.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

Bu gün AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimov yeni təşkil olunacaq şuranın gənc alimlərin inkişafında oynayacağı roldan, respublika və AMEA rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, institut gənclərinin uğurlarından danışdı. Gənc alimlərin bundan sonrakı fəaliyyətinin daha böyuk elmi nailiyyətlərlə diqqəti cəlb edəcəyinə əminliyini bildirdi. İclasda iştirak edən institut əməkdaşları Nailə Mustafayeva, Əkrəm Həsənov, Xanım Əsədova, Rasim Hüseynov, Qətibə Quliyeva, Elvin Hüseynli və başqaları qarşıda duran problemlərdən, gələcək planlarından danışdılar. Sonra institutun Gənc alim və mütəxəssislər şurasına sədr, katib və üzvlərin seçilməsi üçün namizədlərin adları səsləndirildi. Səsvermə yolu ilə yeni yaradılmış Şuraya sədr Nailə Mustafayeva, müavin Qətibə Quliyeva, heyət üzvləri Səadət MürşüdovaGülər ƏmirəhmədovaSayalı Əliyeva,Əkrəm Həsənovİlhamə Məmmədzadə seçildilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: