Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.02.2021 11:24
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu ilə Mərkəzi Elmi Kitabxana əməkdaşlıq edəcək

Fiziologiya İnstitutu ilə Mərkəzi Elmi Kitabxana əməkdaşlıq edəcək

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova, doktorant İlahə Rzayeva və müəssisənin kitabxana müdiri Gülnarə Tanrıverdiyeva akademiyanın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.

MEK-in direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevlə görüş zamanı Fiziologiya İnstitutunda müasir tələblərə cavab verən kitabxana fondunun qurulması istiqamətində müzakirələr aparılıb. Qərar alınıb ki, yeni yaradılacaq fond tematik, ixtisaslaşmış, metodiki və digər məlumat bazaları əsasında mərkəzləşdirilmiş qaydada formalaşdırılsın. Həmçinin görüşdə müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması və onlardan effektiv istifadənin vacibliyi vurğulanıb.

Sonda Fiziologiya İnstitutunun nəşrləri Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: