Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Coğrafiya İnstitutunun əməkdaşları qazi ailəsini ziyarət ediblər
15.02.2021 11:43
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları qazi ailəsini ziyarət ediblər

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Həmkarlar Təşkilatının təşəbbüsü ilə  Qarabağ qazisinin ailəsinə dəstək olublar.

Vətən müharibəsi dövründə Füzuli istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərən və döyüş tapşırığını yerinə yetirərkən qazi olmuş Anar Məmmədzadənin ailəsi ilə görüşən ziyarətçilər onun hazırda xəstəxanada müalicəsinin davam etdiyini öyrəniblər. A.Məmmədzadə ilə telefon əlaqəsi saxlayan qonaqlar onun qayğılarilə maraqlanıb, döyüşlərdə igidlik göstərən qəhrəman vətən övladından qürur duyduqlarını bildirib və bütün qazilərimizin tezliklə sağlam həyata qovuşmalarını arzu ediblər.

Anar və anası onlara göstərilən diqqət və dəstəyə görə institut kollektivinə dərin minnətdarlığını bildiriblər. Ziyarətə gələnlər öz növbəsində, vətənin varlığı uğrunda canlarını qurban verməyə hazır olan igid oğullara, onların doğmalarına hər zaman borclu olduqlarını dilə gətiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: