Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” konfransının materialları işıq üzü görüb
23.02.2021 15:34
  • A-
  • A
  • A+

“Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” konfransının materialları işıq üzü görüb

AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçiriləcək “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” adlı elmi konfransın materialları dərc olunub.

Topluda respublikanın müxtəlif elm və təhsil müəssisəsinin əməkdaşlarının 28 məruzəsinin tezisləri dərc olunub. Tezislərdə Nəriman Nərimanovun zəngin və çoxşaxəli fəaliyyəti müxtəlif aspektdən nəzərdən keçirilir. Bu sırada görkəmli dövlət xadiminin istər ictimai-siyasi fəaliyyəti və baxışları, istər maarifçilik sahəsində xidmətləri, istər ədəbi yaradıcılığı, istər elmi-nəzəri görüşləri, istər tibb sahəsində qələminin məhsulu, istər dilçilik fəaliyyəti ilə bağlı maraqlı məruzələrin tezisləri yer alıb.

“Nəriman Nərimanov irsi  təhsilalanların şəxsiyyətinin formalaşdırılmasının nəzəri mənbəyi kimi”, “1920-ci illər Azərbaycanının ictimai-siyasi həyatında Çin izi”, “Nəriman Nərimanovun elmi-nəzəri görüşləri”, “Nərimanov irsi və müasirlik”, “Nərimanovun ədəbi-siyasi fəaliyyətində azərbaycançılıq və milli özünüdərk”, “Nəriman Nərimanov 1918-ci il soyqırımı haqqında”, “Təhsil  tariximizin  fədailəri”, “Türkçülük və Nəriman Nərimanov”, “Nəriman Nərimanovun maarifçilik fəaliyyətinin əsas istiqamətləri və tarixi əhəmiyyəti”, “Nəriman Nərimanovun Türkiyə siyasəti”, “N.Nərimanovun ictimai-siyasi fəaliyyətində  Azərbaycan neft məsələsi”, “Nəriman Nərimanovun “Nadir Şah” tarixi faciəsində Nadir Şah hökmdar və ata kimi”, “Nəriman Nərimanovun dilçilik sahəsində xidmətləri” və digər mövzularda maraqlı məruzələrin tezisləri topluda dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: