Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Biomüxtəliflik və iqlim dəyişmələri” beynəlxalq laboratoriyası yaradılıb
22.01.2015 00:00
  • A-
  • A
  • A+

“Biomüxtəliflik və iqlim dəyişmələri” beynəlxalq laboratoriyası yaradılıb

AMEA Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli qərarı əsasında AMEA Botanika İnstitutu ilə Almaniyanın İohan Volfqanq Höte Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik İnstitutu arasında birgə “Biomüxtəliflik və iqlim dəyişmələri” beynəlxalq laboratoriyası yaradılmışdır.

“Biomüxtəliflik və iqlim dəyişmələri” beynəlxalq laboratoriyasının 2015-2017-ci illər üçün nəzərdə tutulmuş elmi fəaliyyət proqramı və büdcəsi Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik İnstitutu ilə razılaşdırılmışdır.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin qeyd olunanlarla bağlı vəsatətini nəzərə alaraq, AMEA Rəyasət Heyəti “Biomüxtəliflik və iqlim dəyişmələri” beynəlxalq laboratoriyasının elmi fəaliyyət proqramının təsdiqi ilə əlaqədar qərar qəbul edib. Proqramın icrasından irəli gələn məsələlərin həlli Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əli-zadəyə tapşırılıb.

Qərarın icrasına nəzarət AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: