Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda işğaldan azad edilmiş ərazilərdə aparılacaq tədqiqatlar müzakirə olunub
25.02.2021 12:18
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda işğaldan azad edilmiş ərazilərdə aparılacaq tədqiqatlar müzakirə olunub

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İclası institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. O, şura üzvlərini akademiyanın Rəyasət Heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı barədə 12 yanvar 2021-ci il tarixli qərarı ilə tanış edib. Tədbirdə müəssisənin bu istiqamətdə görəcəyi işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Bundan əlavə, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair akademiyanın Rəyasət Heyətinin AMEA-nın Tədbirlər planı haqqında 4 fevral 2021-ci il tarixli qərarı da müzakirə olunub.

Eyni zamanda iclasda Elmi şura tərəfindən müəssisə əməkdaşlarının “Qafqazşünaslığın aktual problemləri” adlı məqalələr toplusunun nəşri barədə qərar qəbul edilib.

Yığıncaqda, həmçinin siyasi elmlər doktoru Ramilə Dadaşova institutun Elmi şurasının sədr müavini, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva isə şuranın üzvü seçiliblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: