Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin Xocalı soyqırımı barədə məqaləsi Türkiyə və Qazaxıstanda yayımlanıb
25.02.2021 16:40
  • A-
  • A
  • A+

Şərqşünas alimin Xocalı soyqırımı barədə məqaləsi Türkiyə və Qazaxıstanda yayımlanıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının Xocalı soyqırımı ilə bağlı "Xocalı soyqırımı: insanlığın ən qanlı faciələrindən biri" məqaləsi Türkiyədən yayımlanan kriminsesigazetesi.com saytında türk və Qazaxıstanın ea-news.kz saytında rus dilində dərc olunub.

Məqalədə XX əsr boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı məlumat verən müəllif 1992-ci ilin 26 fevral Xocalı faciəsindən də ətraflı bəhs edir. Həmçinin Xocalıda insanlığa qarşı cinayətlərin kimlər tərəfindən və necə törədildiyindən yazan S.Talıblı soyqırımın acı nəticələri barədə məlumat verir. Soyqırımı törədən cinayətkarlardan bir qisminin bu qansız əməlləri etiraf etdiyini yazan alim Xocalı soyqırımının dünyanın aparıcı informasiya vasitələrində işıqlandırılması və soyqırımı tanıyan ölkələr barədə də söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: