Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gənc alimin məqaləsi Ukraynada dərc edilib
26.02.2021 10:25
  • A-
  • A
  • A+

Gənc alimin məqaləsi Ukraynada dərc edilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyevanın “Azərbaycan Respublikasında müasir innovativ iqtisadi inkişafın əsas perspektivli istiqamətləri” (The main promising directions of modern innovative economic development in Republic of Azerbaijan) adlı elmi məqaləsi Ukraynanın “Ujgorod Dövlət Universitetinin Xəbərləri. Beynəlxalq iqtisadi münasibətlər və dünya iqtisadiyyatı” (http://www.visnyk-econom.uzhnu.uz.ua/archive/34_2020ua/4.pdf) elmi-praktiki jurnalında ingilis dilində çap olunub.

Məqalədə beynəlxalq reytinq hesabatlarında Azərbaycanın innovasiya sahəsindəki mövqeyi digər ölkələrlə müqayisədə təhlil edilib. Həmçinin, məqalədə iqtisadi sahədə müasir innovasiyaların tətbiqinin mövcud problemləri təhlil olunub, aradan qaldırılması istiqamətində təklif və tövsiyələr təqdim edilib.

Tədqiqatın əsas məqsədi milli iqtisadiyyatın bazar münasibətləri kontekstində innovativ fəaliyyətinin təşkilinin mövcud vəziyyətini öyrənməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: