Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Zoologiya İnstitutunda “XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib
26.02.2021 14:58
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda “XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib

AMEA-nın Zoologiya İnstitutunda Xocalı soyqırımına həsr edilən “XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi müəssisənin direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov faciədən 29 il ötməsinə baxmayaraq, bu günün millətin yaddaşında sağalmayan yara olduğunu qeyd edib. O, əliyalın, dinc əhalinin necə qəddarlıqla öldürüldüyünü, mənfur düşmənin insanlığa sığmayan vəhşiliklərini, bir gecədə 613 nəfərin amansızcasına qətlə yetirildiyini, 1275 nəfər dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin isə itkin düşdüyünü diqqətə çatdırıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov, elmi işçi Sevinc Rəcəbova, Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev çıxışlarında Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıblar. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə tarixi ədalətin bərpa olunduğunu qeyd ediblər.

Tədbir “Xocalı soyqırımı - insanlığa qarşı cinayət” adlı videoçarxın nümayişi ilə sona çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: