Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2021 16:27
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı soyqırımı qubanlarının xatirəsi anılıb

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı soyqırımı qubanlarının xatirəsi anılıb

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək qeyd edib ki, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və ən dəhşətlisidir. Bu soyqırıma hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində qisası alınan Xocalı şəhidləri daim qəlblərdə yaşayacaq və xatirələri əziz tutulacaq.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev bildirib ki, Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayətdir. F.Mustafayev qeyd edib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Leyla Babayeva və Tərlan Yelmarlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq qeyd ediblər ki, Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: