Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xocalı qurbanlarının xatirəsi anılıb
26.02.2021 16:44
  • A-
  • A
  • A+

Xocalı qurbanlarının xatirəsi anılıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirib.

Mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova Xocalı soyqırımının dəhşətlərini, onun ağır nəticələrini, fəlakət nəticəsində Azərbaycan xalqına vurulan maddi və mənəvi zərərləri barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırıb.

Müəssisənin direktor müavini, “Vətən naminə” medalı ilə təltif edilən Könül İbrahimova 44 günlük Vətən müharibəsində institut əməkdaşlarının cəbhəyanı ərazidə hərbi hissələrə səfər edib mütəmadi olaraq Azərbaycan Ordusunun əsgər və zabitlərinə mənəvi dəstək göstərməsindən söz açıb. K.İbrahimova müharibənin Azərbaycanın tam qələbəsi ilə başa çatmasında Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, Ordumuzun şəxsi heyətinin cəsarəti və xalqın birliyinin böyük rol oynadığını vurğulayıb. O Milli Qəhrəmanlarımızı gənc nəslə daha yaxından tanıtmaq, onlara vətənpərvərlik ruhu aşılamaq, torpaqlarımızın azadlığı urğunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün Fiziologiya İnstitutunda xatirə guşəsi yaradıldığını elan edib.

Daha sonra Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının müdiri, biologiya elmləri doktoru Fəxrəddin Əskərov tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciələrdən söz açıb.

Mərasimdə Təbii mənşəli heroprotektorların farmakologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, Uzunömürlülüyün fiziologiyası  laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova çıxış edərək ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımın dünyada ən qanlı cinayətlərdən biri olduğunu bildirib, erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: