Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Ramiz Məmmədov: "Ermənilərin əsil simasını üzə çıxaran, ifşa edən faktları dünya ictimaiyyətinə çatdırmalıyıq"
26.02.2021 17:00
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədov: "Ermənilərin əsil simasını üzə çıxaran, ifşa edən faktları dünya ictimaiyyətinə çatdırmalıyıq"

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı bir əsrdən artıq davam edən, düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, Xocalı soyqırımının 29-cu ildönümü erməni faşistləri üzərindəki şanlı qələbəmizin 108-ci gününə təsadüf edir: "Zəfərimiz nə qədər sevincli, şərəfli və qürurverici olsa da, vəhşi ermənilərin xalqımıza qarşı törətdikləri qətliamın ağrısını ovuda bilmir. Havadarlarının əməlindən ruhlanan ermənilər “Böyük Ermənistan” yaratmaq eşqinə düşdülər və bu məqsədlə də azərbaycanlıları qovaraq torpaqlarını mənimsəməyə başladılar. Elə o vaxtdan da azərbaycanlıların soyqırımı mərhələlərlə həyata keçirildi. İndi biz həqiqətin öz yerini tutmasına, haqqın bizim tərəfimizdə olduğuna dünyanı inandırmalıyıq. Bunun üçün isə hər birimiz bacardığımız qədər ermənilərin əsil simasını üzə çıxaran, ifşa edən faktları dünya ictimaiyyətinə çatdırmaqdan yorulmamalıyıq".

Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə, c.e.d. Zakir Eminov və digərləri Qarabağda törədilən ekoloji terroru, oradakı tarixi, maddi-mədəniyyət abidələrimizin məhv edilməsini təbiətimizə qarşı törədilən soyqırım, tarixi dəyişdirmək cəhdləri kimi qiymətləndirib, Xocalı soyqırımı barədə həqiqətlərin dünyanın aparıcı informasiya agentliklərində işıqlandırılmasını vacib hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: