Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi ən çox istinad edilənlər sırasındadır
01.03.2021 11:25
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin məqaləsi ən çox istinad edilənlər sırasındadır

Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin “Complex Variables and Elliptic Equations” jurnalında dərc olunan “Boundedness of the fractional maximal operator in local Morrey-type spaces” adlı məqaləsi “Web of Science” bazasında 88 istinad alaraq, 1546 məqalə arasında 1-ci yerə yüksəlib.

Qeyd edək ki, 2007-ci ildən nəşrinə başlayan Böyük Britaniyanın “Complex Variables and Elliptic Equations” jurnalı “Web of Science” elmi məlumatlar bazasına daxildir (impakt faktoru: 0.695-Q3). Jurnalda bu günə qədər “Web of Science” bazasına daxil olan 1546  məqalə  çap edilib. Jurnalın əsas mövzu sahəsi riyaziyyat, kateqoriyası isə Riyazi analiz, Tətbiqi analiz, Hesablama riyaziyyatı və Ədədi analizdir.

V.Quliyevin “Web of Science” bazasında ümumilikdə elmi məqalələrinin sayı 159, istinadların sayı 1394, h-indeksi isə 19-dur.  

Bunlarla yanaşı, alimin 2018-ci il üçün “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Mathematical Analysis and Applications” 1.188 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda, 2019-cu il üçün “Analysis and Mathematical Physics” 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda və 2020-ci il üçün “Discrete and Continuous Dynamical Systems-Series B” 1.270 yüksək impakt faktorlu Q2 kateqoriyalı jurnalda dərc edilmiş məqalələrinə sahə və nəşr ili üçün “Clarivate Analytics” (Thomson Reuters) beynəlxalq bazasında yüksək istinad həddi əsasında riyaziyyat elmi sahəsinin ən yaxşı nümayəndələrinin 1%-nə daxil olmaq üçün kifayət qədər istinad alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: